Azərbaycanın “ekoloji fəallığı” davam edir və indi də həmin ölkə rəsmi və qeyri-rəsmi səviyyədə ekoloji xarakterli ittihamları irəli sürməkdə davam edir. Bu barədə Nikol Paşinyan bildirib.
“Azərbaycan Ermənistana sadəcə mövcud olmayan minaları aid edir, qondarma hallar irəli sürür, tamamilə başqa şeylə bağlı qərarlara işarə edir, əhəmiyyət kəsb etməyən konvensiyaları xatırladır.
Yale Universitetinin Ətraf Mühit Siyasəti və Hüquq Mərkəzi dünyanın ekoloji cəhətdən ən təmiz ölkələrinin 2022-ci il reytinqini dərc edib. Burada 2022-ci ilin reytinqində Ermənistan 56-cı, Azərbaycan isə 104-cü yeri tutub. Şəffaf və məsuliyyətli dağ-mədən sənayesinin təşkilində Ermənistanın nailiyyətləri və uğurları hasilat sənayesinin şəffaflıq təşəbbüsünün nəşrlərində də ifadə olunur”, - Paşinyan vurğulayıb.