İyulun 13-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Ermənistanda regional səfərdə olan Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.
Dövlət naziri Lindnerə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi, regionda təhlükəsizlik vəziyyəti və Ermənistanın sülhün bərqərar olması istiqamətində göstərdiyi səylər təqdim olunub. Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinə toxunulub, Laçın dəhlizinin qeyri-qanuni bağlanması, Azərbaycanın aqressiv ritorikasının və güc tətbiqi təhlükəsinin aradan qaldırılmasının zəruriliyi vurğulanıb.