ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Ticarət Departamentinin qlobal bazarlar üzrə katibinin müavini Arun Venkataraman ilə görüşüb. Bu barədə Armen Qriqoryanın Facebook səhifəsində deyilir.
“Görüşdə biz Ermənistan-Amerika iqtisadi əlaqələrinin inkişafı yollarını və imkanlarını müzakirə etdik.
Həmsöhbətimlə biz ikitərəfli birgə proqramların həyata keçirilməsini, xüsusən biznes mühitinin yaxşılaşdırılması, yüksək texnologiyalar, Ermənistan-Amerika iqtisadi investisiyaları və ikitərəfli maraq doğuran digər məsələləri müzakirə etdik”, - məlumatda deyilir.