Fransanın Ermənistandakı səfiri Ann Luyon Aİ-nin Ermənistandakı missiyasının rəhbəri vəzifəsini icra edən Erik Dikuma və müşahidəçilərə Ermənistan-Azərbaycan sərhədində Yerasxda patrul xidməti zamanı görülən işlərə görə təşəkkür edib.
Səfir Aİ-nin Ermənistan ərazisində yerləşən mülki missiyasını dəstəklədiyini bildirib və onun “regionda vəziyyətin sabitləşdirilməsi prosesində mühüm rolunu” vurğulayıb.