"Avropa İttifaqı Cənubi Qafqazda fəaliyyət göstərən yeganə böyük humanitar təşkilat kimi Beynəlxalq Qırmızı Xaç Təşkilatının fəaliyyətini güclü şəkildə dəstəkləyir", - Aİ Xarici Əlaqələr Xidmətinin mətbuat katibi Nəbila Masrali açıqlamasında bildirib.
“O, neytrallıq, müstəqillik və qərəzsizlik kimi humanitar prinsiplərə uyğun olaraq həyati vacib humanitar yardım göstərir və ehtiyacı olanları qoruyur.
Qırmızı Xaçın Laçın dəhlizi boyu fəaliyyəti müstəsna olaraq Qarabağın erməni əhalisinin humanitar yardımı və zəruri ehtiyaclarının təmin edilməsinə yönəlib.
Təşkilatın fəaliyyətini davam etdirə bilməsini təmin etmək və mümkün humanitar böhranın qarşısını almaq Azərbaycan hökumətinin üzərinə düşür”, - deyə məlumatda bildirilir.
Avropa İttifaqı Azərbaycana Laçın dəhlizi ilə insanların və yüklərin maneəsiz hərəkətini təmin etmək çağırışını bir daha təsdiqləyib.