İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana səfər edəcək.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər iyulun 14-dək davam edəcək. Səfər çərçivəsində Yoav Qallantın Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.