Ermənistan XİN Artsaxda 7 davam edən blokada ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, artıq 7 aydır ki, Artsaxı xarici dünya ilə birləşdirən həyat yolu olan Laçın dəhlizi Azərbaycan hakimiyyəti tərəfindən qeyri-qanuni şəkildə bağlanmaqda davam edir.
“Bu aylar ərzində Azərbaycan tərəfindən Laçın dəhlizi ətrafında saxta ekoloji fəalların nümayişindən tutmuş dəhlizdə nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına və elan olunmuş sözdə “cəzalandırıcı” məqsədlə hərəktlərin məhdudlaşdırılması sübut edir ki, sübut edir ki, bu addımlar açıq-aşkar Azərbaycan hakimiyyəti tərəfindən planlaşdırılıb və Dağlıq Qarabağ əhalisi üçün həyata uyğun olmayan şərait yaratmaq və onları etnik təmizləməyə məruz qoymaq məqsədi daşıyır.
Azərbaycanın həyata keçirdiyi bu hərəkətlər təkcə 9 noyabr 2020-ci taruxli bəyanata zidd deyil, eyni zamanda sivil ictimaiyyətin Laçin dəhlizinin blokadasını aradan qaldırmağa çağırışlarına, müxtəlif parlamentlərin qəbul etdiyi qətnamələrə və BMT Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarlarına açıq hörmətsizlikdir.
Bu aylar ərzində Azərbaycan tərəfindən bir neçə aydır qaz və elektrik enerjisinin kəsilməsi ilə müşayiət olunan Laçin dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhran daha da ağırlaşmaqda davam edir.
İyunun 15-dən Dağlıq Qarabağa ərzaq təchizatı tamamilə dayandırılıb. Əgər Laçin dəhlizinin fasiləsiz işləməsi şəraitində Dağlıq Qarabağa 400 tona yaxın yük daxil olubsa, dekabrın 12-dən sonra isə Rusiya sülhməramlı qoşunlarının vasitəsi ilə dəfələrlə az ərzaq daşınıbsa, indi hər hansı bir məhsul tədarükü qadağan edildi”.
Bəyanatda qeyd olunur ki, dünən baş verən hadisə bir ddaha göstərir ki, bu yolla lazımi olan mallar çatılmır.
“Oxşar vəziyyət səhiyyə sektorunda da yaranıb. Düzgün tibbi yardım göstərmək üçün zəruri olan dərman vasitələrinin çatışmazlığı açıq şəkildə mövcuddur, bunun nəticəsində tam tibbi yardıma ehtiyacı olan bir sıra həssas qruplar - xərçəng və şəkərli diabetdən əziyyət çəkən insanlar, hamilə qadınlar, azyaşlı uşaqlar ciddi sağlamlıq problemləri ilə üzləşirlər.
Bu müddət ərzində yalnız bir neçə onlarla xəstə və onları müşayiət edən şəxslər təcili tibbi yardım almaq üçün BQXK vasitəsilə Ermənistana aparıla bildilər. Onlar insan ləyaqətini alçaldan proseslərdən keçməli olub, onlarən video görüntüləri çəkilib və Azərbaycan təbliğat maşınının aləti kimi istifadə olunub.
Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət və beynəlxalq humanitar təşkilatlar bu aylar ərzində müvafiq faktaraşdırıcı missiyanı yerinə yetirmək və humanitar yardım göstərmək üçün Dağlıq Qarabağa humanitar çıxışlarını təmin edə bilməyiblər.
Belə bir vəziyyətdə Ermənistan beynəlxalq ictimaiyyətin müvafiq alətləri həyata keçirəcəyini gözləyir”,- bəyanatda deyilir.