Azərbaycan tərəfindən Laçın dəhlizinin davam edən blokadası ABŞ-ı dərindən narahat edir, ABŞ səfirliyi “Azadlıq”ın sualına cavab olaraq bildirib.
“Dünən humanitar yüklərin daşınmasının dayandırılması pisləşən humanitar vəziyyəti daha da ağırlaşdırır və sülh prosesinə etimadın yaradılması səylərini təhlükə altına qoyur. Laçın dəhlizi ilə azad və açıq tranzit dərhal bərpa edilməlidir”, - deyə ABŞ səfirliyi cavab verib.