İyulun 12-də ER Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Respublikasının Parlamentinin sədri Yael Braun-Pive ilə görüşüb. Bu barədə Parlament məlumat yayıb.
Tərəfdaşlar bu görüşün səmimi dostluğun və ardıcıl tərəfdaşlıq siyasətinin davamı olduğunu qeyd ediblər.
Alen Simonyan qeyd edib ki, Ermənistan Fransa Prezidenti Emmanuel Makronun davamlı vasitəçilik səylərini, eləcə də parlamentarilərin ardıcıl dəstəyini və Ermənistanla daimi təmasda olmasını yüksək qiymətləndirir.
Görüşdə Azərbaycanda saxlanılan erməni əsirlərin dərhal geri qaytarılması, Aİ-nin Ermənistandakı müşahidə missiyasına dəstək, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Fransa Parlamentinin sədri qeyd edib ki, onlar hər zaman Ermənistanın yanındadırlar və bundan sonra da bütün səylərini sərf edəcəklər.
Görüşdə fransalı parlamentarilərin gözlədiyi ermənipərəst təşəbbüslər də müzakirə olunub.