İyulun 11-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-da müdafiə katibinin müavininin kömıkçisi Lora Kuper ilə görüşüb.
Görüşdə həmsöhbətlər müdafiə sahəsində ikitərəfli təhsil proqramlarının həyata keçirilməsini və ER Silahlı Qüvvələrində islahatlar prosesini müzakirə ediblər. Bu kontekstdə Qriqoryan Ermənistan Respublikasının Silahlı Qüvvələrinin demokratik idarə olunmasına yönəlmiş Ermənistan Respublikasının səylərini təqdim edib.
Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın digər məsələlərini də müzakirə ediblər.