ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan beynəlxalq kiberməkanın təhlükəsizliyi üzrə katibin müavini vəzifəsini icra edən Lisil Frants ilə görüşüb.
Həmsöhbətlər kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın mümkün proqramları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər sahədəki çətinlikləri və onlara qarşı mübarizənin zəruriliyini qeyd edərək, bir sıra istiqamətlər üzrə qarşılıqlı fəaliyyət imkanlarını da müzakirə ediblər.