Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumatı guya ki, iyulun 10-da Müdafiə Ordusu atəşkəs rejimini dəfələrlə pozaraq, Dağlıq Qarabağın Askeran və Martuni rayonlarının işğal olunmuş ərazisində yerləşən Azərbaycan SQ mövqelərini atəşə tutub, növbəti dezinformasiyadır. Bu barədə Müdafiə Ordusu məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin onların əməlləri nəticəsində mühəndislik işlərinin dayandırılması ilə bağlı iddiası da yalandır. Əvvəllər də xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyinin yalan bəyanatları kənd təsərrüfatı işlərini pozmaq üçün Dağlıq Qarabağdan olan vətəndaşlar və kənd təsərrüfatı texnikası istiqamətində mütəmadi olaraq açılan atəşə haqq qazandırmaq məqsədi daşıyır.
İyulun 10-da səhər saat 9:30-dan 10:45-dək Azərbaycan bölmələri Saruşen kəndinin tarlalarında kənd təsərrüfatı işləri aparan kombayna atıcı silahlardan atəş açıb.