İsraildə etiraz aksiyaları davam edir. Bu səhər İsraildə etirazçılar yolları bağlayıb və məhkəmə islahatları paketinə etiraz olaraq Ben Qurion hava limanında etriaz aksiya keçiriblər. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Etirazçılar Təl-Əviv, Qüds və Hayfada bir sıra magistral yolları bağlayıblar.
Xatırladaq ki, yanvarın ortalarından bəri İsraildə məhkəmə islahatlarına qarşı etirazlar müntəzəm olaraq keçirilir.