İyulun 11-də saat 10:05-dən 14:55-dək Dağlıq Qarabağın Askeran, Karvaçar rayonlarında Müdafiə Ordusunun bölmələri tərəfindən guya möhkəmləndirmə işləri aparılması və bu işlərin işğal olunmuş ərazilərdəki Azərbaycan bölmələri tərəfindən dayandırılmasına dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır.
“Azərbaycan Müdafiə Nazirliyinin yalan bəyanatları açıq şəkildə öz bölmələri tərəfindən atəşkəs rejiminin vaxtaşırı pozulmasına haqq qazandırmaq məqsədi güdür”, - deyə Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatında bildirilir.