İyulun 10-da DQ prezidenti Arayik Harutyunyan hakimiyyətin müxtəlif qollarının nümayəndələrinin, güc strukturlarının rəhbərlərinin iştirakı ilə məsləhətləşmə keçirdi.
Görüşdə Azərbaycanın Dağlıq Qarabağa qarşı davam edən təcavüzkar siyasəti nəticəsində dərinləşən humanitar və təhlükəsizlik problemlərinin həlli istiqamətində atılan addımlar müzakirə olunub.
Daxili resurslardan səmərəli istifadənin və Dağlıq Qarabağın blokadasının açılmasına yönəlmiş xarici siyasi səylərin aktivləşdirilməsinin zəruriliyi vurğulanıb.