İyunun sonunda və iyulun əvvəlində Beynəlxalq Qırımızı Xaç Komitəsinin əməkdaşları Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə yenidən baş çəkib. Bu, Bakı tərəfindən saxlanılması təsdiqlənən bütün şəxslərə, o cümlədən bu yaxınlarda oğurlanmış iki hərbçiyə aiddir. Bu barədə “Lurer”ə Ermənistanda Qırmızı Xaçın kommunikasiya proqramlarının rəhbəri Zara Amtuni bildirib.
“Nümayəndələrimiz həmçinin müxtəlif rabitə vasitələri ilə ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradıb, təsdiq etdiyimiz prosedurlara uyğun olaraq fərdi söhbətlər aparıblar.
Təbii ki, başçəkmələrin məqsədi... saxlanma şəraitini yoxlamaq, onlara münasibəti, səhhətini izləməkdir, lakin müşahidələrimiz təqdim etmirik, onlar yalnız saxlayan tərəflə paylaşılır"- deyə Amatuni qeyd edib.