Albaniya ilə Azərbaycan arasında mövcud çox yaxşı əməkdaşlıq tempi gələcəkdə də davam etdiriləcəkdir. Bunu Albaniya prezidenti Bayram Beqay Bakıda İlham Əliyevlə görüşdən sonra deyib.
"Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyib", - deyə Beqay qeyd edib.
O əlavə edib ki, ölkəsi etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına bundan sonra da dəstək verəcək.