Dağlıq Qarabağ xalqının soyqırımı, etnik təmizləməsi bahasına heç bir sülh əldə oluna bilməz. Bu barədə Artsaxın dövlət naziri Gurgen Nersisyan bildirdi.
O vurğulayıb ki, 2022-ci il dekabrın 12-dən cari ilin iyunun 15-dək Dağlıq Qarabağa az miqdarda ərzaq daxil olub və bu, əhalinin yalnız minimum tələbatını ödəyib.
“20 gündən artıqdır ki, Artsaxın uşaqları, qocalar, hamilə qadınlar lazımi miqdarda meyvə-tərəvəz istehlak etmək imkanından məhrumdur, əsas gigiyena vasitələri çatışmır, insanlar xəstəni xəstəxanaya aparmaq imkanından məhrumdurlar. Hansısa formada ilkin tələbat mallarının sakinlərə paylanması və çatdırılmasına cəhd edilir, lakin rayonlarda yaşayan vətəndaşlarımızın paytaxtla əlaqəsi və Stepanakertdəki tibb müəssisələrinə müraciət etmək imkanları tamamilə kəsilib.
Ermənistandan elektrik enerjisi və qaz verilişinin dayandırılması səbəbindən insanlar yalnız bir neçə saatlıq işıq alırlar. Bütün bunlar insan hüquqlarının pozulması deyil, məhv edilməsidir”,- o qeyd etdi.