Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda aparılan danışıqlara toxunub.
“Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda əldə olunan irəliləyişi və bu istiqamətdə atılan bütün müsbət addımları alqışlayırıq. Rusiya tərəfi tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərini davam etdirəcək. Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsi üzrə regiona səfəri yaxın vaxtlardadır”, - deyə Zaxarova bildirib.
O əlavə edib ki, üçtərəfli görüşün keçirilməsi ehtimalı da var, aydınlıq olarsa, bu barədə məlumat veriləcək.