Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 5-də ABŞ-a səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqan ilə görüşüb.
Görüşdə ER-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib.
Tərəflər regional təhlükəsizliyin qorunub saxlanması, Ermənistan-Azərbaycan sülh danışıqlarının davam etdirilməsi, həmçinin Stepanakert-Bakı dialoqu üçün beynəlxalq mexanizmin yaradılması və Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.