Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində Dağlıq Qarabağda humanitar böhran günü-günə daha da ağırlaşır. Bu barədə ER baş naziri Nikol Paşinyan iyulun 6-da hökumətin iclasında bildirib.
“Bildiyiniz kimi, iyunun 15-də Hakari körpüsü yaxınlığında baş verən təxribatdan sonra Dağlıq Qarabağ hər cür mal təchizatından məhrum olub.
Laçın dəhlizi tamamilə bağlıdır və hətta Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının da təchizat çatdırmaq imkanı yoxdur.
Dağlıq Qarabağa təbii qaz və elektrik enerjisinin təchizatı da aylardır Azərbaycan tərəfindən kəsilib”, - Paşinyan bildirib.