İyulun 5-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Böyük Britaniyanın sədrliyi ilə “Uşaqlar və silahlı münaqişə” mövzusunda müzakirə keçirilib.
Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan öz çıxışında qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Azərbaycan tərəfindən 2022-ci il dekabr ayından Dağlıq Qarabağın blokadası uşaqlar üçün xüsusilə ağır humanitar nəticələrə səbəb olub, məktəblərin və təhsil müəssisələrinin fəaliyyətini, səhiyyə xidmətlərinin göstərilməsini qeyri-mümkün edib və qidaya, dərman və digər həyati vacib mallara ciddi ehtiyac yaradıb.
Səfir Marqaryan qeyd edib ki, Azərbaycan BMT strukturlarının Dağlıq Qarabağa daxil olmasına və yerli əhalinin ehtiyaclarının hərtərəfli qiymətləndirilməsinə mane olur. Laçın dəhlizinin bağlanması, 30 minə yaxın uşağın və onların ailələrinin mühasirəyə alınması onların hüquqlarının ciddi şəkildə pozulmasıdır.
BMT-nin, onun Humanitar Məsələlər üzrə Ofisinin, Baş Katibin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsinin və Təhlükəsizlik Şurasının hər yerdə, o cümlədən Dağlıq Qarabağda uşaq hüquqlarının kobud şəkildə pozulmasının qarşısının alınmasına və uşaqların fiziki təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olduğu vurğulanıb.