Hindistan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iyulun 4-də Erməni Soyqırımı Memorialını ziyarət edib.
Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abrahamyan qonaqları salamlayaraq, memorial kompleksin yaranma tarixini təqdim edib.
O, həmçinin ötən əsrin sonunda Azərbaycan hökumətinin Sumqayıt, Kirovabad (Qəndzak), Bakı və Azərbaycanın digər şəhərlərində təşkil etdiyi qırğınlarda həlak olan ermənilərin xatirəsinə Tsitsernakaberd ərazisində qoyulmuş üç xaçkarın tarixinə də toxunub.
Qonaqlar Erməni Soyqırımı Muzeyinə də olublar.