ER Parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Varşavada Polşa prezidenti Ancey Duda tərəfindən qəbul edilib.
Alen Simonyan qeyd edib ki, Aİ Ermənistanın demokratik təsisatların yaradılmasına və islahatlar gündəliyinə dəstək verən əsas tərəfdaşı olaraq qalır.
Bölgədə davamlı sülhün bərqərar olması gündəliyinə toxunan ER Parlamentinin sədri Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsini xüsusi vurğulayıb. Alen Simonyan Azərbaycanın təcavüzü nəticəsində Dağlıq Qarabağ ermənilərinin başına gətirilən böhran və Ermənistanın suverenliyinə təhlükə barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Ermənistan beynəlxalq tərəfdaşlardan bu cür qanunsuz və qeyri-insani hərəkətləri qınamalarını və hətta Azərbaycana qarşı sanksiyalar tətbiq etmələrini gözləyir.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı vurğulanıb.
Prezident Duda onlar üçün Cənubi Qafqaz regionunun və xüsusilə Ermənistanla əlaqələrin inkişafının vacib olduğunu vurğulayıb. Prezident qeyd edib ki, onlar 44 günlük müharibədən sonrakı vəziyyəti izləyirlər, həmçinin regiondakı təhlükəsizlik məsələlərindən yaxşı xəbərdardırlar və hansı ölkənin həqiqətən sülhü istədiyini, hansının istəmədiyini yaxşı bilirlər.