İsrailin Tel-Əviv şəhərində yerləşən Ben-Qurion hava limanının üçüncü (beynəlxalq) terminalında məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirilib.
Etiraz aksiyası zamanı polislər ictimai asayişin pozulmasına və yolların bağlanmasına görə 37 etirazçını saxlayıb.
Etiraz aksiyasında təxminən 15 min nəfər iştirak edib, aksiya zamanı etirazçılar və polislər arasında toqquşmalar da baş verib.
Etirazçıların yolları bağlaması böyük tıxaclara və bir sıra aviaresin gecikməsinə gətirib çıxarıb.
Qeyd edək ki, İsraildə artıq bir neçə müddətdir ki, ölkənin baş naziri Binyamin Netanyahunun məhkəmə islahatlarına qarş etirazlar keçirilir.