İranın xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana səfər edib.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
Nəcəfi yüksək səviyyəli ekspertlərlə Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.
O, həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.
Məlumata görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın da iştirakı gözlənilir.