İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana səfər edəcək.
Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani qeyd edib ki, səfərin məqsədi son dövrlərdə atılan bir sıra diplomatik addımlardan sonra iki ölkə arasında münasibətlərdə qeydə alınan müsbət atmosferi gücləndirməkdir.