ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.
Təhlükəsizlik Şurasının katibi bu illər ərzində göstərdiyi dəstəyə görə səfirə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.
A.Qriqoryan ikitərəfli münasibətlərin hər iki xalqın rifahı naminə bundan sonra da intensiv inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səfir qeyd edib ki, Ermənistan-İran ikitərəfli münasibətləri zəngin tarixi və mədəni keçmişə əsaslanır və son illərin sıx əməkdaşlığı buna əyani sübutdur.