İyunun 30-da ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Ermənistan-Polşa hökumətlərarası komissiyasının yeddinci iclasında iştirak etmək üçün Ermənistanda səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Voyçex Gervelini qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Görüşdə Ermənistan-Polşa ikitərəfli gündəliyinə toxunulub. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, xüsusilə ticari-iqtisadi əlaqələrin inkişafına yönəlmiş praktiki addımlar müzakirə edilib.
Görüşdə həmçinin ER-Aİ tərəfdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq təşkilatlarda Ermənistan-Polşa əməkdaşlığının inkişafının vacibliyi vurğulanıb.
Paruyr Hovhannisyan həmsöhbətə regiondakı təhlükəsizlik vəziyyətini və Ermənistanın sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri təqdim edib. Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həllinə toxunulub. Laçın dəhlizinin qeyri-qanuni blokadasının aradan qaldırılmasının, eləcə də Azərbaycanın təcavüzkar ritorikasının və güc hədəsinin istisna edilməsinin zəruriliyi vurğulanıb.