Deputat Reyçel Tomas və senator Leo Husakos Kanada-Artsax Parlament Dostluq Qrupunun həmsədrləri kimi Azərbaycan tərəfindən Arstax blokadasının 200-cü günü ilə bağlı bəyanat yayıblar.
“Dekabrın 12-dən Azərbaycan qüvvələri Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini bağlayıb. Blokadanın ciddi humanitar nəticələri oldu. 2020-ci ildən sonra Azərbaycanın davam edən təcavüzü səbəbindən Dağlıq Qarabağın 120 min sakini böhran içindədir. Kəskin ərzaq qıtlığı, yanacaq, elektrik enerjisi və su təchizatında fasilələr, xarici dünya ilə əlaqənin itirilməsi böhranı daha da dərinləşdirib.
Tibb müəssisələrində dərman çatışmazlığı var, planlaşdırılmış əməliyyatlar təxirə salınıb. Məktəblər və institutlar bağlanmaq ərəfəsindədir, müəssisələrin bağlanması insanları dolanışığından məhrum edir.
Davam edən blokada danışıqların baş tutmasına mane olur. Biz Dağlıq Qarabağın blokadasına sülh yolu ilə son qoymağa və Laçin dəhlizinin dərhal açılmasına çağırırıq”.