İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə səsləndirilmiş fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.
Xatıqladaq ki, Marseldə erməni icması ilə görüş zamanı prezident Makron əmin edib ki, Fransa Ermənistanı və Artsaxı qorumaqda qərarlıdır.