ABŞ-ın yüksək vəzifəli diplomatı bildirib ki, Azərbaycan və Ermənistan ağır işə baxmayaraq, sülh sazişi yolunda irəliləyiş əldə ediblər.
"Siz razılaşmaya nə qədər yaxınlaşırsınız, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sonraya qalır", - dövlət katibi Entoni Bkinken ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçgünlük danışıqların sonunda bildirib.
Blinkenin sözlərinə görə, danışıqlar "səmimiyyət, açıqlıq və düzlük"lə aparılıb, çünki hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib. O, Avropa İttifaqının vasitəçiliyilə yaxın həftələrdə baş tutacaq iki ölkə liderinin görüşündə gələcək irəliləyişlərə ümid edir.
"Mən sülh sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanması, eləcə də qalan məsələlər üzrə tərəflərin mövqelərinin anlaşılmasının dərinləşdirilməsilə bağlı bu ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Və onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”, - o deyib.
"Biz ümumi və yekun sazişə nail olmaq məqsədilə önümüzdəki həftələrdə və aylarda da bu prosesin davam etdirilməsini istəyirik”, -Blinken deyib.