Artsaxla bağlı mən fövqəladə hesabat dərc etmişəm və müxtəlif dövrlərdə məsələyə toxunmuşam. Aydındır ki, vəziyyət humanitar, insan haqları baxımından çox narahatedicidir və buunla paralel olaraq Azərbaycan ermnənilərə qarşı nifrət siyasəti aparır. Bu barədə ER Ombudsmanı Anahit Manasyan hökumətin iclasından sonra jurnalistlərə verdiyi brifinqdə bildirib.
Azərbaycan tərəfindən Artsaxa təhlükəsizlik zəmanətinin verilməsinə gəlincə, Ombudsman bildirib ki, bu, təkcə hüquqi məsələ deyil, həm də siyasi məsələdir.
Anahit Manasyan bildirib ki, Azərbaycan Ombudsmana rəsmi məktub ünvanlayıb və vurğulayıb ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar siyasi qurumlar deyil, siyasi məsələlərlə, ərazi məsələləri ilə məşğul deyillər, insan hüquqlarının müdafiəsi funksiyalarına yönəlmiş müstəqil qurumlardır. “Mən qeyd etmişəm ki, iki dövlətin qeyri-siyasi qurumları olaraq düzgün ünsiyyət qurmalı və yaranan humanitar və insan haqları məsələlərini həll etməyə çalışmalıdırlar. Hal-hazırda bununla bağlı hələ də cavab yoxdur, amma mən özüm də bu məsələ ilə bağlı mümkün yolları axtarmağa davam edirəm”, - deyə Anahit Manasyan bildirib.