Aİ Azərbaycanın Aİ-dəki səfiri Vaqif Sadıkovun Avropa Parlamentinin üzvlərinə olan açıq şəkildə təhdidini pisləyib. Aİ sözçüsü OC Media-ya bildirib ki, onlar səfirin tvitlərindən xəbərdardırlar.
“Biz Aİ-də akkreditə olunmuş səfir üçün qətiyyən yolverilməz olan bu cür davranışı pisləyirik",- o bildirdi.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqındakı nümayəndə heyətinin rəhbəri olan Sadıkov iyunun 23-də Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyətinin Ermənistan və Azərbaycanla sərhədə səfərinə münasibət bildirərkən twitter hesabında Azərbaycan istehsalı olan snayper tüfənginin şəklini paylaşaraq yazıb ki, “onlar özlərini qorumaq üçün nə etməli olduqlarını bilirlər. Azərbaycan istehsalı olan “İstiqal İST-14.5” snayper tüfəngi təxminən 3000 metr məsafədən atəş açır. Azərbaycanın dövlət sərhədindən uzaq durun...”
Avropa Parlamentinin üzvü Natali Luazo, eləcə də 2000-2007-ci illərdə Aİ-də, 2006-2012-ci illərdə isə Avropa Şurasında Azərbaycanın səfiri olmuş Arif Şahmarlı da pisləyib.
Azərbaycan Xarici İşlər Nazirliyi hələlik Sadıkovun tvitinə cavab verməyib.