“Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tviter hesabında yazıb.
O, ABŞ-ın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə ev sahibliyi etməsindən məmnun qaldığını vurğulayıb.
“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri qeyd edib.