İyunun 28-də Fransa prezidenti Emmanuel Makron Marselə səfəri zamanı yerli erməni icmasının nümayəndələri ilə görüşüb. Görüşdə deputat Sabrina Aqresti-Rubaş da iştirak etdi.
Erməni diasporunun suallarını və Dağlıq Qarabağ münaqişəsində nəinki mənəvi cəhətdən deyil, həm də praktiki baxımdan böyük təşəbbüs göstərməyə və Artsax xalqına əməli dəstək verməyə çağırışını cavablandıran Makron deyib:
“Dağlıq Qarabağa və ümumilikdə Ermənistana olan mənim qətiyyətimə şübhə etməyin. Beynəlxalq ailədə bu gündəmlə demək olar ki, yeganə mən olsam belə, səylərimi davam etdirəcəyəm. Siz onu da bilirsiniz ki, Fransa ilk dəfə Ermənistandakı səfirliyinə hərbi attaşe göndərib və bu nəsə deməkdir, hə? Biz əlimizdən gələni etməliyik”.