İyunun 26-da Avropa Şurasının (AŞ) "Həbsxana əhalisi 2022 (Prison Populations 2022)" adlı hesabatı yayılıb. Sənədi Lozanna Universiteti hazırlayıb.
Hesabatda deyilir ki, hazırda Avropa Şurası ölkələrinin həbsxanalarında ümumilikdə 981 min 575 məhbus cəza çəkir. Ən çox məhbusu olan Avropa Şurası ölkəsi Türkiyədir – 2022-ci ilin sonuna olan göstəricilərə görə, Türkiyə həbsxanalarında 303 min 945 məhbus olub. İngiltərənin 79 min 92, Polşanın 71 min 874, Fransanın 69 min 964 məhbusu var.
Türkiyədə hər 100 min əhaliyə 355 nəfər həbsdə olan və ya azadlıqdan məhrum edilmiş şəxs düşür.
Bu kateqoriyada Türkiyəni qonşu Gürcüstan izləyir – hər 100 min nəfərə 237 məhbus düşür. Gürcüstandan sonra AŞ məkanında Türkiyəni Azərbaycan izləyir – hər 100 min nəfərə 216,8 məhbus düşür. Ölkədə ümumi məhbus sayı 22 334 nəfərdir. Onların 21 713 nəfəri kişi, 621 nəfəri qadındır.
Azərbaycan həbsxanalarında xarici ölkələrdən olan 436 kişi, 11 nəfər qadın məhbus saxlanılır. Ümimi məhbusların 12,6 faizi 1 ildən 3 ilədək, 39,6 faizi 3 ildən 5 ilədək, 32.7 faizi 5 ildən 10 ilədək, 13.1 faizi 10 ildən 20 ilədək, 1,7 faizi ömürlük həbsdə olanlardır. Azərbaycan həbsxanalında ümumi məhbus yerlətinin sayı 25 471 olub. Onun cəmi 87,7 faizi tutulub. Ölkə həbsxazna müdiriyyəti və həbsxana işçilərinin sayı ilə bağlı məlumatların məxfi olduğunu əsas gətirərək bu barədə məlumat verməyib․
Azərbaycanda hər 100 min nəfər əhaliyə 2020-ci ildə 208, 2021-ci ildə 215 məhbus düşüb.