İyunun 28-də Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası keçirilib və həmin iclasda Ermənistan nümayəndə heyəti Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə bağlanması məsələsini qaldırıb.
Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi՞ səfir Arman Xaçatryan ilk olaraq iyunun 28-də Azərbaycan tərəfindən Dağlıq Qarabağda atəşkəs rejimini kobud şəkildə pozulması və təxribat xarakterli hərəkətləri, nəticədə 4 hırbçinin həlak olması barədə məlumat verib.
Vurğulanıb ki, hazırda Laçin dəhlizinin blokadaya salınması, dəhlizdə beton maneələrin quraşdırılması, qaz və elektrik enerjisinin verilişinin dayandırılması, Dağlıq Qarabağın mülki əhalisinin nifrət və hədə-qorxu ilə qorxudulması göstərir ki, Azərbaycan ardıcıl surətdə Dağlıq Qarabağda etnik təmizləmə aparmağa çalışır.
Səfir Xaçatryan Nazirlər Komitəsinə iyunun 22-də AŞPA-nın qəbul etdiyi “Laçin dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” adlı qətnaməni təqdim edib.
Səfir Nazirlər Komitəsini AŞPA müşavirəsində qaldırılan məsələlərin həlli üçün konkret addımlar atmağa və Dağlıq Qarabağda düşünülmüş insan haqları böhranına cavab verməyə çağırıb.