ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan-Azərbaycan danışıqlara toxunub. O “twitter” mikrobloqunda yazıb ki, bu həftə ABŞ Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlara ev sahibliyi edir.
“Davamlı sülhün açarı dialoqdur”, - o yazıb.