ER Baş naziri Nikol Paşinyan öz Twitter mikrobloqunda beynəlxalq ictimaiyyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin Dağlıq Qarabağa hücumuna reaksiya verməyə çağırıb.
“Biz beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırırıq.
Laçın dəhlizi qeyri-qanuni blokadada qaldığı halda, bu gecə Azərbaycanın PUA-larla hücumu nəticəsində 4 itki var. Cənubi Qafqazda sabitliyin pozulması riski yüksəkdir”, - Baş nazir Paşinyan yazıb.