ER Baş naziri Nikol Paşinyan Europol-un icraçı direktoru Ketrin de Bolu qəbul edib.
Baş nazir Ermənistanın hüquq-mühafizə orqanları ilə Europol arasında sıx əməkdaşlığın və onun gələcək inkişafının əhəmiyyətini vurğuladı. Xüsusilə, cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə, informasiya mübadiləsi sahəsində əməkdaşlığın önəmini vurğuladı.
Ketrin de Bol erməni tərəfdaşlarla əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib və səfər zamanı aparılan müzakirələrin ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldıracağına əminliyini bildirib.
Görüşdə həmsöhbətlər qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə ediblər.