Hesab olunurdu ki, genişmiqyaslı müharibənin bərpa olunacağı təqdirdə asan olmayacaq, lakin Müdafiə Nazirliyi və ER Silahlı Qüvvələri qarşıya qoyulan vəzifəni əldə edilmiş nailiyyətlər sayəsində yerinə yetirmək iqtidarındadır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.
Paşinyan həmçinin qeyd edib ki, hakimiyyətə gəldikdən sonra “hər şey ordu üçün” prinsipini rəhbər tutub:
“Texnika və sursat alınıb. İndiyə qədər elə bir hal olmayıb ki, ordu hökumətə hansısa məsələ ilə bağlı müraciət etsin və maliyyə çatışmazlığı səbəbindən imtina cavabı alsın”.