Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib.
O, bu barədə hərbçilərlə görüşündə deyib.
A.Lukaşenko qeyd edib ki, Rusiyada baş verənləri kənardan izləmək çətindir: “Vətəndaşlarımızın çoxu baş verənləri ürək yanğısı ilə qəbul etdi”.
Dövlət başçısının sözlərinə görə, Belarusun Qərb təhlükəsinə qarşı müqavimət göstərmək imkanı var.