Almaniyalı deputat Merle Şpelerberq yerlərdə vəziyyətlə tanış olmaq üçün Jermuk və Yerasxda olub. Bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyası məlumat yayıb.
“Bu gün Jermuk mərkəzimizdə Almaniyanın müvəqqəti işlər vəkili, Almaniya səfirinin müavini Erik Tintrupun müşayiəti ilə Avropa Parlamentinin alman deputatı Merle Şpelerberqi qəbul etdik. Müşahidəçilərimiz onları mövcud vəziyyətlə bağlı məlumatlandırıblar, bundan sonra nümayəndə heyəti vəziyyəti yerində qiymətləndirmək üçün Yerasxdakı patrulumuza qoşulub”.