Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ-da danışıqları iyunun 29-dək davam edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
“Biz danışıqların sabah, çərşənbə axşamı başlayacağını və cümə axşamına qədər davam edəcəyini gözləyirik. Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşəcək və bu həftə daha ətraflı məlumatımız olacaq. Biz birbaşa dialoq davamlı və ləyaqətli sülhə nail olmaq, həll olunmamış qalan məsələləri həll etmək yoludur”.