“Son razılaşma ondan ibarət idi ki, turizm mövsümünün əvvəlində quru sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalıdır.
Erməni tərəfi Marqarada müvafiq infrastrukturun qaydaya salınması üzərində işləyir, biz bunu tezliklə başa çatdıracağıq. Və ümid edirik ki, Türkiyə tərəfi də razılaşmaya sadiq qalacaq və razılaşmalar bu yay ərzində həyata keçiriləcək”, - deyə AŞPA-da ER Parlamentinin nümayəndə heyətinin mətbuat konfransı zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
O, əmin edib ki, proses dalana dirənməyib, lazım gəldikdə Türkiyənin xüsusi nümayəndəsi ilə danışır, lakin hazırda görüşlə bağlı razılıq yoxdur.
Ruben Rubinyan qeyd edib ki, hazırda sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik parportları olan şəxslər üçün açılması ilə bağlı konkret razılıq var.
“Və bu razılaşmanın həyata keçirilməsi çox vacibdir. Güvən defisit olduğu bu cür proseslərdə razılaşmaların həyata keçirilməsi çox vacibdir. Bunlar həyata keçirilsə, inam artacaq, həyata keçirilməsə, təbii ki, azalacaq”.