Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Twitter səhifəsində ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasına təşəkkür edib.
“ABŞ konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasının dinləmələri zamanı Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsinə, regionda güc tətbiqinin qarşısının alınmasına və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş qətiyyətli bəyanatları yüksək qiymətləndiririk”, - Ermənistan XİN-in sözçüsü yazıb.