Artsax XİN ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasında "Dağlıq Qarabağ xalqının müdafiəsi" adlı dinləmələrlə bağlı bəyanat yayıb:
“Artsax Xarici İşlər Nazirliyi iyunun 22-də ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasında təşkil edilmiş “Dağlıq Qarabağ xalqının müdafiəsi” adlı dinləmələri alqışlayır.
Biz dinləmələrin bütün təşkilatçılarına və iştirakçılarına, o cümlədən ABŞ konqresmenləri Kris Smitə, Ceyms Makqovernə, Adam Şiffə, Frank Palloya və ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evansa Azərbaycanın qeyri-qanuni və hərbi ambisiyaları barədə maarifləndirmə işlərinə və Artsax xalqının hüquqlarının müdafiəsinə görə göstərdiklıəri səylər üçün dərin təşəkkürümüzü bildiririk.
ABŞ konqresmenlərinin çıxışlarında ABŞ rəhbərliyini Dağlıq Qarabağın mülki əhalisinin müdafiəsini təmin etmək, yeni müharibələrə və yeni cinayətlərə səbəb ola biləcək gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri həyata keçirməyə çağırmaları xüsusi diqqətə layiqdir.
Əminik ki, bu formatda dinləmələrin keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan mühüm addımdır, çünki Azərbaycanın ekspansionist və hərbi siyasəti təkcə erməni xalqı və erməni dövlətçiliyi üçün deyil, həm də regional sabitlik və dünya sivilizasiyası üçün ciddi çağırış və təhlükədir.
Biz ABŞ-dakı dostlarımıza da qəti və prinsipial mövqelərinə görə təşəkkürümüzü bildiririk və ümid edirik ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gələn həftə Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində bu cür dinləmələrin keçirilməsi Artsax xalqının üzləşdiyi problemlərin, təhlükəsizlik və humanitar məsələlərin həll iüçün çox böyük əhəmiyyət kəsb edə bilər.