İyunun 25-i saat 12:40-dan iyunun 26-sı saat 01:00-dək Azərbaycan silahlı qüvvələrinin bölmələri cəbhənin Martuni, Askeran, Şuşi və Martakert rayonları istiqamətində atıcı silahlardan da istifadə etməklə atəşkəs rejimini pozub. Bu barədə Artsaxın Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 25-də saat 17:30 radələrində Azərbaycan bölmələri Avdur kəndi tarlalarında kənd təsərrüfatı işləri aparan traktora atıcı silahlardan atəş açıb.
Ermənistan tərəfində itki yoxdur.
Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.
İyunun 26-sı saat 09:30-a olan məlumata görə, təmas xəttində vəziyyət nisbətən sabitdir.