Moskva meri Sergey Sobyanin bildirib ki, təhlükəsizliyi gücləndirmək üçün paytaxtda kompleks antiterror tədbirləri keçirilir. Yollarda nəzarət gücləndiriləcək, kütləvi tədbirlər ləğv oluna bilər.
Rostovun qubernatoru Vasili Qolubev bildirdi ki, iyunun 24-nə planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edildi, Rostovda avtomobillərin Taqanroq və şimal istiqamətlərində hərəkəti üçün müəyyən məhdudiyyətlər tətbiq edildi.